“Qapıçımız penaltini qaytarmaqla, bizi xilas etdi”

12

Futbol üzrə Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mən komandama, sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı. Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini qaytarmaqla, bizi xilas etdi. Bu, həmçinin futbolçularımızın fantastik mentalitetinin olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.