Qan qrupu ilə Kovid-19 arasındakı əlaqə təsdiq edildi

123

Hurriyyet.org xəbər verir ki, Çindəki səhiyyə təşkilatlarında, ABŞ-dakı Kolumbiya universitetində və İrandakı Mazandaran universitetində ayrı-ayrılıqda müstəqil  araşdırmalar aparan elm adamlarının insanların qan qrupu ilə Kovid-19-un ağırlıq dərəcəsi arasındakı əlaqəni təsdiqlədikləri bildirilib.

“Rossiyskaya qazeta”nın “The New England Journal of Medicine” jurnalındakı məqaləyə istinad elədiyi xəbərdə çinli, amerikalı və iranlı alimlərin insanların qan qrupu ilə Kovid-19 arasındakı ağırlıq dərəcəsi arasındakı əlaqənin təsdiqləndiyi deyilir.

Tədqiqatçılar A (II qrup) qan qrupu daşıyıcılarında koronavirus infeksiyası səbəbindən Kovid-19-u ağır keçirmək riskinin çox yüksək olduğu nəticəsinə gəliblər. Bununla birlikdə B (III qrup) və AB (IV) qan qrupunun xəstəliyi ağır keçirmək riskinin A (II qrup) qrupuna nisbətən daha aşağı, ancaq O (I qrup) qrupuna nisbətən daha yüksək olduğu bəlli olub.

Hurriyyet.org