“Qalatasaray”ın futbolçusunun əlində fişəng partladı –Kor ola bilər

297

“Qalatasaray”ın futbolçusu Omar Elabdellaui Yeni il axşamı xəstəxanalıq olub.

“TRT Spor” xəbər verir ki, bayramı qeyd edərkən 29 yaşlı müdafiəçinin əlində fişəng partlayıb. Ciddi xəsarət alan norveçli futbolçu xəstəxanaya aparılıb.

Omarın həyati təhlükəsi olmadığı, ancaq hər iki gözündən zədə aldığı bildirilib. Hətta onun görmə qabiliyyətini itirəcəyi təhlükəsiylə üz-üzə qaldığı qeyd olunub. (Qol.az)