Qadın sürücü kişini avtomobillə vuraraq qaçıb…

234

Bakıda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilərək saxlanılıb.