Qətlə yetirilən şəxs istirahət mərkəzində basdırıldı – Bakıda DƏHŞƏT

63
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hurriyyet.org-un “Report”a istinadən xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.