Qətər blokadadan çıxarılır – Trampın kürəkəninin vasitəçiliyi ilə?

402

Hurriyyet.org xəbər verir ki, dünya mətbuatında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətəri blokadadan çıxaracağı xəbəri yayılıb.

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi “Röyter” agentliyinə verdiyi məlumatda Qətər ilə Səudiyyə Ərəbistanı və başqa ölkələrlə münasibətlərin normallaşdırılması barəsində razılaşmanın sabah imzalanacağını bildirib.

Bu razılaşmanı BƏƏ, Bəhreyn və Misirin dəstəklədiyi, adı çəkilən ölkələrin Qətərə qarşı blokadanı götürəcəkləri bildirilir. Qətərin də öz növbəsində bu ölkələrə qarşı hüquqi tələbləri geri götürəcəyi gözlənilir.

ABŞ administrasiyasının nümayəndəsi onu da əlavə edib ki, razılaşmanın əldə edilməsinə səbəb olan Cared Kuşner də (ABŞ Prezidenti Donald Trampın baş müşaviri və kürəkəni) imzalama mərasimində iştirak edəcək.