Qəribə qadağalar olan ölkələr

69
Böyük Britaniyanın “Telegraph” qəzeti vətəndaşların rahat səyahət etməsi üçün bir çox ölkələrdəki qadağaları toplayıb. Siyahıda Türkiyənin də adına rast gəlinir. Bizimyol.info xəbər verir ki, qardaş ölkədə pul cırmaq olmaz. Bayraqla yanaşı, milli əsginasın da təhqir olunması cinayət məcəlləsi ilə tənzimlənir. Pul cırmaq 6 aydan 3 ilə qədər cəzaya səbəb ola bilər.

Birləşmiş Ərəb Əmirliklərində söyüş söymək qadağası var. Həmin şəxs, adətən, həbs olunur. Amma ölkədən kənarlaşdırmaq cəzası da nəzərdə tutulub.

Yaponiyada “Kodein” maddəsinin yer aldığı dərmanlardan istifadə etmək qadağan olunub. Hətta həmişə pul cəzası ilə canını qurtarmaq alınmır.

Almaniyada avtomobilinizlə avtobana çıxırsınızsa, onda benzinin həcminə diqqət yetirməlisiniz. Yolun ortasında benzinin qurtarması böyük, zəncirvari qəza şəraiti yarada bilər.

ABŞ-ın Virciniya çimərliyində də söyüş söymək olmaz. Böyük cərimə gözlənilir.

Yunanıstanın tarixi bölgələrində qadınlara dikdaban geyinməyə icazə verilmir. Akropolisə baş çəkəndə sadə geyinmək çox vacibdir.

Sinqapurda saqqıza isti yanaşılmır. Ağızda saqqız partlatmaq daha pisdir. Saqqızdan yalnız müalicə məqsədi ilə istifadə oluna bilər.

ABŞ-ın Nevada ştatının Eureka rayonunda qadağaların ən qəribələrindən birinin olduğu bildirilir. Burada bığlı kişilər qadınları öpə bilməz.