Qərar verildi: Putin Prezident vəzifəsini tərk edəndən sonra ömürlük senator olacaq

537

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Federasiya Şurasının təsdiqlədiyi yeni qanuna görə, Rusiyanın keçmiş prezidentləri ömürlük senator seçiləcəklər. Qanun layihəsi RF Prezidenti Vladimir Putin tərəfindən təqdim edilib.

Bundan əvvəl qanun üçüncü oxunuşdan sonra Dövlət Dumasında qəbul edilib. Federasya Şurasının formalaşması barəsindəki qanunda RF-nin hər bir subyektinin Şurada – biri dövlət hakimiyyətinin icra orqanında, digəri isə qanunverici orqanında olmaqla –  iki nümayəndə ilə təmsil olunmasını nəzərdə tutur. Subyektlərin nümayəndələrindən başqa, Şuraya ömürlük olaraq Rusiyanın keçmiş Prezidenti və hazırda vəzifədə olan Prezident tərəfindən təyin edilən, sayı 30-dan çox olmayan Rusiya nümayəndəsi daxil olur. Həmin 30 nəfərdən ən çoxu 7 nəfəri bu vəzifəyə ömürlük təyin edilə bilər, qalanları isə 6 illik müddətə təyin edirlər.