Qəlblərə qəhrəmanlığı ilə yol tapmış Vətən oğlu…

357

Zaqatalalı şəhid Orxan Cumayev yeni şanlı tarixə iz qoydu…

…Orxan handan-hana şok vəziyyətindən ayılıb, gözlərinin qapaqlarını çox çətinliklə açdı. Ətrafında ağ xalatlı həkimləri görəndə duruxdu və təəccüblə, nazik səslə: “mən hardayam, bəs mənim döyüşçü dostlarım hanı?..” dedi və başından aldığı qəlpə yarasının ağrılarından başını qaldırmaq istəsə də bacarmadı. Həkim və tibb bacıları yenidən onun başına toplaşaraq, Orxanın vəziyyətinin sabitləşməsi üçün vacib olan pressedurları həyata keçirdilər. Bir neçə gün Mingəçevir şəhər Hərbi Hospitalının sağlamlıq keçikçiləri bu gənc hərbçimizin tezliklə sağalıb, cəbhə xəttinə qayıtması üçün canla-başla, yuxusuz qalaraq, əllərindən gələni əsirgəmədilər. Çünki ağır yaralı hərbi qulluqçumuz olan Orxan balamız tezliklə sağalıb, yenidən cəbhəyə, döyüşçü yoldaşlarının yanına qayıtmaq istəyini təkrar-təkrar tibb işçilərinə bildirirdi. Məlum oldu ki, o, Tərtər rayonu ərazisində gedən şiddətli döyüşlərdə düşmənin atdığı mərmilərin partlaması nəticəsində baş nahiyyəsindən, qollarından və ayaqlarından ağır yaralanmışdır. Güclü stress keçirən, çoxlu qan itirən Orxanı koma vəziyyətində Mingəçevir şəhərinə, Mərkəzi Xəstəxana Hospitalına gətirmişdilər və həkimlərin səyi nəticəsində hərbi qulluqçu Orxan Fətəli oğlu Cumayev 10 gün ərzində sağalmış və yenidən döyüşlərə qatılmışdır. Erməni dığalarını məhv edib, torpaqlarımızı, Vətənimizi, Qarabağımızı azad etmək üçün ilk döyüşlərdə yaralanan, qəhrəmanlıqla həlak olan döyüşçü hərbçilərin qisasını almaq üçün qayıtmışdı Orxan…

Bu, Azərbaycanımızın vətənpərvər, mərd oğlu, Zaqatalanın igid balası, həqiqi hərbi xidmətdən sonra, müqavilə əsasında Milli Ordumuzda xidmətini əlavə olaraq xidmətini davam etdirən Orxanın İkinci Vətən Savaşındakı ilk epizodlardan biri idi. Artıq əbədiyyətə, şəhadətə qovuşan Orxan Fətəli oğlu Cumayevin…

…Həqiqətən də, rəsmi məlumatlara görə, bu mürəkkəb müharibədə haqq dünyasına qovuşan 2783 Vətən fədaisi, elə bil sayılıb-seçilən Azərbaycan oğulları olublar. Onların hər birində yüksək insanlıq dəyərləri, cəfakeşlik, ailəsinə, valideynlərinə, övladlarına, əzizlərinə möhkəm bağlılıq olub. İlk növbədə isə Vətənsevərlik, düşmənə həddindən artıq nifrət isə – Orxan Cumayev də, məhz müharibənin qələbəmizlə başa çatmasında, düşmənin həyasızcasına, xəyanətlə zəbt etdikləri torpaqlarımızın, şəhər, qəsəbə, kənd yerlərinin və digər mühüm mövqelərimizin azad edilməsində odun-alovun içinə atanlardan, düşmənə aman  verməyən, döyüşlərdə öndə gedən hərbi qulluqçulardan olub. Sağ qalsaydı, Zəfər bayramını, Qələbə gününü, Qələbə paradını qeyd edərdi Orxan.

…Məktəb illərindən çox məsuliyyətli, çox tələbkar, mürəkkəb olan hərbiçi olmağı arzulayan, orta məktəbi bitirdikdən sonra bu arzusunu gerçəkləşdirən el oğlumuz orxan Fətəli oğlu Cumayev çox yaxşı başa düşürdü ki, onu qarşıda çox böyük imtahan gözləyir – Azərbaycanımızın, doğma Vətənimizin işğal altında olan torpaqlarımızı hiyləgər düşməndən təmizləmək. Əlbəttəə ki, yurdumuzun Qarabağ məkanı ermənilər tərəfindən xaincəsinə, namərdcəsinə zəbt edilən də Orxan hələ dünyaya gəlməmişdir.

Ancaq uşaq yaşlarından, babaları, nənələri, valideynləri və sevimli müəllimləri – Qarabağın Azərbaycanımızın ayrılmaz hissəsi olduğunu və vətənpərvərliyi aşılamışdı…

Növbəti yazımın qəhrəmanı şəhid, gənc hərbi qulluqçu Orxan Cumayev 2000 –ci ilin 14 yanvar tarixində odlar yurdumuzun dilbər güşəsi, neçə-neçə üsyanların şahidi, qədim Zaqatala şəhərində dünyaya göz açmışdı. Bir bacı, bir qardaş idilər: Fatma və Orxan. Fatma bacısı ailənin böyük övladıdır – 1993–cü il təvəllüdlüdür. O, Rahilə xanımın və Fətəli bəyin ailəsində böyüyüb, ərsəyə çatmışdı. Zəhmətkeş ailənin çox ağıllı, mülayim xasiyyətli, xoş davranışı, təmiz ürəyi, böyüyə böyük kimi, kiçiyə kiçik kimi münasibət bəsləyən, hörmət edən bir insan idi – Orxan. Nənə və babalarını çox sevirdi. O, bir iş görəndə böyüklərdən məsləhət alardı. Çoxlu dostları vardı, hamısı da özü kimi sadə və sözü bütöv oğlanlar – Vətəni sevənlər.

Bildirdiyimiz kimi daima nəslinin, ailəsinin, dərs dediyi müəllimlərinin və ən çox sevdiyi dostlarının adını uca tutmağa çalışan Orxan – öz arzusu ilə seçdiyi hərbi xidmətdə də özünü qeyrətli oğul kimi doğrultdu. Anası Rahilə xanım qeyd etdi ki, oğlunu fikrindən döndərə bilmədi. Dedim ki: “get, sağ – salamat, öz müqəddəs hərbi xidməti borcunu layiqincə yerinə yetir, səbirsizliklə sənin yolunu gözləyirik. Bilirəm ki, hərbiçi olmaq istəyirsən, gözəl niyyətin var, amma… Unutma ki, düşmən ac canavar kimi dişlərini qıcayıb, növbəti təxribatlar törətməyə hazırlaşır, birdən müharibə başlayar, axı biz səndın nigaran qalacağıq…” Əziz oğlum isə cavabında belə demişdi: “Ana, narahat olma, tərəddüd etmə, nigaran qalma, mən Sizin hamınızı çox sevirəm, dünyalar qədər… Ancaq, əsil oğul Vətənin dar günündə onu ayıq və sayıq qorumalıdır və hətta uğrunda canından da keçməlidir. Bu bizim müqəddəs borcumuzdur. Axı, nə vaxtsa o qudurğan düşməni torpaqlarımızdan qovmalıyıq, zaman çatıb – Ana!

Orxan bu sözləri hələ əsgərliyə yola düşəndə söyləmişdi. Sanki, o, hiss etmişdi ki, bir hərbiçi kimi İkinci Vətən Savaşında iştirak edəcək. Atası Fətəli bəy isə söyləyir ki, “2018 –ci ilin yanvar ayında oğlu Orxanı Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yola salıblar. 3 ay Goranboy rayonunun Ağca kənd kəndində yerləşən “N” saylı hərbi hissədə ilk tədris hərbi-taktik təlimlər keçdikdən sonra Orxan Tərtər rayonunun Borsunlu kəndində yerləşən, ermənilərə lap yaxın məsafədə yerləşən hərbi mövqelərimizdə, yəni postlarda xidmətini davam etdirib”. Oğlum deyirmiş ki, atəşkəsi vaxtaşırı pozan düşmən müxtəlif silahlardan mövqelərimizi atəşə tutur, təxribat törətmək istəyirdilər. Azərbaycan hərbiçiləri isə çox cəsarətlə onların hücuma keçmək cəhdlərinin qarşısını alırdılar və düşməni susdururdular. Bunları da şəhid atası əlavə etdi.

Fətəli kişi deyir ki, yaxşı hərbi xidmətinə görə oğlu Orxanan dəfələrlə komandirlər tərəfindən təşəkkürnamə elan edilmiş və bölük komandiri təyin edilmişdir. Orxan Cumayev Milli Orduda, ön cəbhə xəttində hərbi xidmətini ləyaqətlə, mətinliklə yerinə yetirməklə yanaşı, bütün sınaqlardan, təlimlərdən üzüağ çıxdı. O, xidməti dövründə komandirlərin hər bir tapşırıqlarını vicdanla yerinə yetirən, cəsarətlə mənfur düşmənin bir-iki addımlığında olan postlarımızı ayıq-sayıq qoruyan, ebibarlı və Vətən cəfakeşi olan, hərbiçi, kiçik komandir kimi yetişdi. Özünün inadkarlığı, hərbi anda sadiq olması sayəsində Orxanın həqiqi hərbi xidməti 2019 –cu ilin iyun ayında başa çatdı. əzizlərinin yanına gəlincə əvvəl, o, xidmətdən əlavə hərbi qulluqçu kimi hərbi hissədə qalıb, işləmək üçün 3 illik müqavilə bağladı. Müqavilənin şərtlərinə əsil hərbçi kimi yerinə yetirəcəyinə söz verdi…

“Nəvəm Orxan, 15 günlük məzuniyyətə gələndə, ondan ayrıla bilmirdim, elə bil dünyaları bağışlamışdılar mənə. Sanki böyümüşdü, hərbi geyimi necə də yaraşırdı ona. Daha da ciddiləşmişdi, böyümüşdü, atdığı addımlar və etdiyi söhbətlərə çox diqqət edirdi. Bəzəndə çox narahat görünürdü”, – deyə Orxanın sevimli nənəsi olmuş – Anaxanım Cumayeva söhbıtimizə qoşuldu. Onu həyəcansız dinləməmək mümkün deyildi. Gah ağlayır, gah danışır, gah da qəhər onu boğurdu. Nənə çox niskilli idi – söhbətini davam etdirərək dedi: “Altı nəvəmin hamısı mənim üçün əzizdir, onları seçmirəm. Ancaq Orxanı çox istəməyə vadar edən cəhətlər və səbəblər çox idi onda. Məzuniyyətə gələndə o, baba yurduna gələr, ürəyi nə istəyərsə bişirib, verərdim və əzizləyərdim. Çox narahat görünürdü. Bircəciyi olan bacısı Fatmadan ayrıla bilmirdi. Çünki hər iki nəvəm mülayim xasiyyətli, tərbiyəli, gözü tox, hər cür çətinliklərə dözən olublar. Məzuniyyətin başa çatmasına bir neçə gün qalanda ona dedim ki, getmə Orxan hərbiyə, qal burda, sənin istədiyin yerdə işləyərsən, axi biz səndən ötrü darıxacağıq, bizi gözü yolda qoyma… Başımı sığallaya-sığallaya: “mənim əziz nənəm, özünüz də yaxşı bilirsiniz ki, mən hərbi xidmətimi davam etdirmək üçün and içmişəm, müqavilə bağlamışam, anda sadiq hərbiçiyəm. Nənə unutma ki, doğma Vətənimizin üzərindən hələ qara buludlar çəkilməyib, mən bu günlər hərbiyə gərəyəm, ehtiyac var. Unutmayın ki, Qarabağımız, o gözəl Fərrux dağı, Ballı qaya, Murov dağı yüksəklikləri, o gözəl dərələr düşmənin işğalı altındadır. Hər an düşmən təxribat törədə bilər, cəbhəboyu rayonlarda insanlar səksəkə, təhlükə içində yaşayırlar. Vicdanlı bir hərbiçi kimi torpaqlarımızın azadılığı uğrunda mübarizə aparmaq, digər hərbiçilərtək nəvəniz Orxanın, yəni mənim müqəddəs borcumuzdur” – dedi.

Nənənnin sözlərinə görə məzuniyyətdən qayıtmağa bir gün qalmış Orxanın ən çox xoşladığı “ləpəli  kələm dolma”sını bişirib, Orxan bu yeməyi iştaha ilə yeyib…

(Ardı var)

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü