“Qələbə qazandığımız üçün xoşbəxtik”

48
“Qələbə qazandığımıza görə xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. Oyun ərzində üstünlüyə sahib idik. İlk hissədə  çox qol epizodlarından istifadə edə bilmədik. Qrupdakı bütün matçlarda qol vurduq. Bugünkü qarşılaşma asan görünürdü, amma çox motivasiya olduq”.

Bu sözləri “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Qarabağ”ı 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: “Bu gün  yaxşı mübarizə apardıq. Bəzi vaxtlar mükəmməl oynadıq. Qazandığımız inamlı qələbə bizə mənəvi kömək olacaq. Komandama inanıram. Bizə qələbə lazım idi.  Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə “Makkabi” (Təl-Əviv) komandasını məğlub edə bilərik. “Vilyarreal”la görüşdə nə olacağı bəlli deyil”.