Qəddafinin qəbiləsi və Haftar arasında qarşıdurma – Bölgədə ara qarışdı

60

Qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qüvvələr Qəzizifə qəbiləsindən öldürdükləri Nəsir Üveydət adlı bir gənc üçün 300 min dinar (50 min dollar) qanpulu təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin generalı Əbdülhadi Dirax məlumat verib.

Generalın sözlərinə görə, qəbilə bütün üzvlərinin sərbəst buraxılmasını tələb edərək, Haftarın bu təklifini qəbul etməyib.

Liviyanın mərhum lideri Müəmmar Qəddafinin də mənsub olduğu Qəzazifə ölkənin ən nüfuzlu qəbilələrindən sayılır.Son günlərdə Sirtədə Haftar qüvvələri ilə Qəzazifə qəbiləsi arasında qarşıdurma yaşanır.

Ayın 25-də Haftar qüvvələri qəbilə üzvü olan Nəsir Üveydət adlı gənci öldürüb, bəzi üzvlərini də əsir götürüb.