Qəbizlikdən DƏRMANSIZ necə xilas olmalı? 3 ADDIM

69

Qəbizlik ən yayılmış sağlamlıq problemlərindən biridir. Əksər hallarda xəstələr qəbizlikdən yaxa qurtarmaq üçün işlədici dərmanlar, şam və imalələrdən istifadə edirlər.

Lakin bütün bu vasitələr alışqanlıq yaradır, qəbizliyin daha da ağırlaşmasına səbəb olur.

Əksər hallarda qəbizlik heç bir xəstəliklə bağlı deyil, buna funksional qəbizlik deyilir. Belə qəbizlikdən heç bir dərman qəbul etmədən, çox sadə qaydalara əməl etməklə azad olmaq mümkündür.

Həkim-qastroenteroloq, tibb elmləri namizədi Valentina Lupanovanın sözlərinə görə ilk növbədə içilən suyun miqdarını artırmaq lazımdır. Həkim qəbizlikdən əziyyət çəkənlərə gün ərzində təxminən 2 l su içməyi tövsiyə edir.

Bundan əlavə liflərlə zəngin olan qidalar qəbizlik zamanı çox yaxşı kömək edir. Bu buğda kəpəyi, meyvə quruları, tərəvəzlər, tamdənli yarmalar, paxlalılar, giləmeyvələr kimi məhsullardır. Onlar bağırsaqların fəaliyyətini gücləndirir.

3-cü qayda isə fiziki aktivlikdir. “Daha çox gəzin, pilləkənlə qalxın, bədən tərbiyəsi ilə məşğul olun. Əgər bütün bunlar (su, lifli qidalar, fiziki aktivlik – red.) kömək etmirsə, həkimə müraciət edin”, – həkim bildirib. \\Saglamolun