Qəbələdə yük maşını yandı

249

Qəbələ rayonunda QAZ markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi qismən yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.