Qəbələdə avtomobilin vurduğu piyada ölüb

72

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 22-də saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Dızaxlı kənd sakini Z.Babaşov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ramin Dursunzadəni vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayton Polis Şöbəsi tərəfindən araşdırma aparılır.