Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb

5

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də saat 18.00 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Səxavət Muradxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.