“Putinlə Ərdoğan birlikdə susdular”

    36

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Ankarada görüş keçirilib. Rusiyanın “Lenta.ru” saytı görüşün rəsmi hissəsində prezidentlərin bir kəlmə də danışmadıqlarını yazaraq, xəbəri “Putinlə Ərdoğan birlikdə susdular” başlığı ilə təqdim edib. Görüş yerindən videonu Türkiyənin “Anadolu Agentliyi” yayıb.

    “İnterfaks” agentliyi isə iki liderin söhbətinin mətbuata qapalı rejimdə keçirildiyini xəbər verib.

    Ankaraya gələn Rusiya heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, həmçinin, prezidentin Suriya məsələsi ilə bağlı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev var.

    Bir qədər sonra isə Türkiyənin paytaxtında Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli sammit keçiriləcək. Sammitdə Ərdoğan və Putinlə birlikdə İran prezidenti Həsən Ruhani də iştirak edəcək.

    Hurriyyet.org