Putinlə Merkel Liviyadakı gərginliyi MÜZAKİRƏ ETDİLƏR

21

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Tərəflər Liviya böhranının nizamlanması üzrə yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransla bağlı məsələləri müzakirə ediblər.

“Almaniya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Vladimir Putinin Almaniya Federativ Respublikasının Kansleri Angela Merkellə telefon danışığı olub. Yanvarın 19-da Berlində keçiriləcək Liviya üzrə beynəlxalq konfransla bağlı müxtəlif aspektlər müzakirə olunub”, – məlumatda deyilir. \\Teleqraf.com