Putinlə görüşdən sonra Ərdoğan müjdəni verdi: Bu gecə…

6

21:43

Bu gecədən etibarən atəşkəs qüvvəyə minir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra açıqlamasında deyib.

"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək. Türkiyə təhdidlər qarşısında əli-qolu bağlı qalmaz. İdlibdəki razılaşmanın pozulmasına səbəb Əsəd rejiminin hücumlarıdır. Rejimin hər hücumlarına qarşılıq veriləcək. Müşahidə məntəqələrimiz bölgədəki vəziyyətə və atəşkəsə nəzarətə məsuliyyət daşıyır. Bu gecə 00:01-dən etibarən atəşkəs qüvvəyə minəcək. Ehtiyac içində olan suriyalılara qeyd-şərtsiz yardım edilməsi üçün çalışacağıq. Suriya böhranına həll yolu tapana kimi Türkiyə regiondakı varlığını davam etdirəcək.", – deyə Ərdoğan bildirib.

Bundan əlavə, Ərdoğan bildirib ki, türk-rus münasibətlərinin dərin tarixi kökləri var:

"5 əsri keçən bu tarix iki dövlətin və iki xalqın qarşılıqlı münasibətlərinin göstəricisidir. Bu tarixi ortaq mənafeyimiz əsasında inkişaf etdirmək ən böyük istəyimizdir".

Türk lider həmçinin bu il qardaş ölkədə keçiriləcək Ali Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Putini görməkdən məmnun olacağını da bildirib. \\Axar