“Putinlə bir şərtlə danışacam” –Zelenski

732

Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putinlə hansı şərtlə danışacağını açıqlayıb.

O, bu barədə “Fokus” nəşrinə müsahibəsində danışıb.

“Mən ona zəng edə bilərəm, o mənimlə danışar, yalnız danışmaq üçün bir səbəb yoxdur”, – Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, əgər Normand formatı liderlərinin (Rusiya, Ukrayna, Fransa, Almaniya) müşavirlərinin görüşü məsələsi uzanarsa, o, Rusiya prezidenti ilə mütləq danışıqlar keçirməli olacaq.

O, həmçinin qeyd edib ki, dialoq həm Normand formatı çərçivəsində, həm də birbaşa olmalıdır. (axar.az)