Putinin nəzakət jesti almanları HİDDƏTLƏNDİRİB – “NİYƏ MERKELƏ ÇİÇƏK VERİB?”

    21

    Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə Almaniyanın baş naziri Angela Merkel mayın 18-də Soçi şəhərində görüş keçirmiş, görüş zamanı Putin ölkəsinə qonaq gələn digər qadın siyasətçilər kimi Merkelə də bir dəstə gül təqdim eləmişdi.

    Almaniya mətbuatı isə Putinin Merkelə çiçək verməsini təhqir kimi qəbul edib.

    Bild qəzeti yazır: “Rusiya prezidenti Vladimir Putin dünya siyasət arenasında özünün lider olduğunu Merkelə göstərdi. Çiçək hədiyyə eləməklə onun qadın olduğunu xatırladıb yerini göstərmiş oldu. Bu, nəzakət nümayişi kimi qələmə verilsə də, əslində yuxarıdan aşağı baxmaq demək idi. Dünyanın lider siyasətçiləri bir-birinin əlini sıxmaqla kifayətlənməlidirlər”.

    “Bild”in bu mövqeyinə cavab verən Kremlin mətbuat katibi Dmitri Peskov deyib: “Rusiyada qadınlara çiçək vermək nəzakət əlamətidir. Prezidentin Almaniyanın baş nazirinə gül dəstəsi verməsi də bu ənənəyə riayət eləməsinin nəticəsidir. Qadınlara – həm iş yoldaşlarına, həm də beynəlxalq münasibətlər səviyyəsində çiçək verməyimiz tamamilə normal davranışdır. Rusiyada qadınlara çiçək vermək gözəl davranış hesab edilir. Bunlar bizin ənənəmizdir və biz də ənənələrimizə əməl edirik”.

    Hurriyyet.org