Putinin əsəs dəstəkçiləri: kəndlilər, yaşlı qadınlar… – SORĞU

    27

    Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətini rusların 82%-i dəstəkləyir.

    Hurriyyet.org xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Mərkəz Putinin reytinqinin son 4 il ərzində 82-88% arasında dəyişdiyini bildirib. Putinin fəaliyyətini daha çox kəndlərdə yaşayan (85%) və yaşlı qadınların (91%) dəstəklədiyi açıqlanıb.

    Qeyd edək ki, mayın 5-də Putinin prezidentliyinə qarşı Rusiyanın 85 şəhərində Aleksey Navalnının tərəfdarları aksiyalar keçiriblər. Aksiyalar zamanı 1600 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanların 700 nəfəri Moskvanın payına düşüb. Moskvadakı etirazçılara qarşı həmçinin xüsusi kazak dəstələrindən də istifadə edilib. Kazak dəstələrinin hücumu nəticəsində bir neçə etirazçı xəsarət alıb.