Putinin partiyası seçkilərdə qələbə qazandığını bəyan etdi

60

Hurriyyet.org xəbər verir ki, Prezident Vladimir Putinin rəhbərlik elədiyi “Vahid Rusiya” partiyasının ölkənin bəzi bölgələrində həyata keçirilən yerli seçkilərdə “böyük bir zəfər qazandığı” elan edilib. Bəzi müxalifət partiyaları bölgələrdə özlərinin qalib gəldiklərini bildirib.

11-13 sentyabr tarixlərində ölkədəki 85 inzibati rayondan 41-də keçirilən yerli seçkilərdə populyarlığı azaldığı bildirilən Putinin gücünü yenidən isbat eləməsi üçün böhranlı dövrdür.

Seçkidə 22 inzibati bölgənin yerli şurasının üzvləri; 18 bələdiyyə başçısı; 11 bölgənin millət vəkili və Rusiya Parlamentinin aşağı qanadı Dumaya 4 vəkil seçiləcək.

Rusiyada hər bir inzibati bölgə eyni şəkildə və eyni idarəçiliklə idarə olunmur. 6 müxtəlif çeşidli yerli idarəçilik var və hər biri eyni zamanda seçki keçirmir. Bu seçkidə Rusiyada qeydiyyatda olan seçicilərin təqribən üçdə birinin – 35 milyon seçicinin iştirak edəcəyi bəyan edilmişdi.

“Vahid Rusiya” partiyasının təmsilçisi ilkin məlumatlara görə bələdiyyə başçısı seçkilərindəki bütün namizədlərin seçkidə qalib gəldiklərini, yerli seçkilərin hamısında əksəriyyət səsləri qazandıqlarını bildirib.