Putinin müşaviri: “Erməni ordusu daha döyüşə bilmədi”

75

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaza” portalının müxbirinə müsahibəsində Ermənistanın öz hərbçilərini Azərbaycandan çıxarmasına hazırlığından danışarkən deyib: “Erməni ordusunun ağır vəziyyəti, hərbi məğlubiyyəti Paşinyanın belə qərar verməsinə səbəb olub. Şuşanın fəthindən sonra erməni hərbçiləri mühasirəyə düşmüş oldular. Ona görə də Paşinyan kapitulyasiya açıqlaması verib. Bunu ordunun tələbi elə elədiyini deyib – çünki hərbçilər artıq döyüşə bilmədiklərini və hərbi əməliyyatları dayandırmalı olduqlarını ona söyləyiblər”.

Markov deyib: “Regiona sülh gələcəkdir. Azərbaycan Dağlıq Qarabağ üzərində tam suverenliyini bərpa edəcəkdir. Orada yaşayan ermənilər qalacaqlar və muxtariyyətdən istifadə edəcəklər. Bu muxtariyyətin hansı mahiyyətdə – mədəni, yoxsa siyasi muxtariyyət olacağı da danışıqlarda müəyyənləşdiriləcək. Bundan başqa, dinc əhalinin müdafiəsi üçün tədbirlər görüləcək. Onların müdafiəsinin təminatçısı Rusiya sülhməramlıları olacaqdır. Kommunikasiyaların, o cümlədən, Azərbaycanla Naxçıvan arasındakı əlaqənin blokadadan çıxması vacibdir”.

Ekspertin qiymətləndirilməsinə görə, birbaşa Rusiyanın iştirakı ilə əldə edilən razılaşma Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu kəskin şəkildə artıracaqdır. Markov deyib: “Rusiya təhlükəsizliyin təminatçısı olacaqdır”.