PUTİNDƏN GÖZLƏNİLMƏZ AVROPA İTTİFAQI ÇIXIŞI

    6

    Hurriyyet.org xəbər verir ki, NATO-nun, İsrailin də iştirakı ilə keçirdiyi “Qılınc zərbəsi-18” hərbi təlimlərindən sonra Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Avropa İttifaqını bölməyə çalışmadığını söyləməsi Rusiyada Aİ-yə zeytun budağı uzatmaq kimi şərh edilib.

    Avstriay səfəri ərəfəsində həmin ölkənin ORF radiosuna müsahibə verən Putin Aİ-nin “bilik və rifah” içərisində olmasını istədiklərini deyib və Avropa İttifaqının Rusiyanın ən mühüm ticari və iqtisadi tərəfdaşı olduğunu vurğulayıb.

    Putin bu Avstriya prezidenti Aleksandr Van der Bellen, baş nazir Sebastyan Kurz və bizensmenlərlə görüşəcək.

    V.Putin radioda verdiyi açıqlamada deyib: “Aİ-nin mərkəzində çox risk və problem olduqca, bu bizim üçün də problem deməkdir. Aİ ilə əməkdaşlığı möhkəmləndirməliyik. Aİ-də heç bir şeyi bölmək kimi məqsədimiz yoxdur”.

    2014-cü ildə Krımın ilhaq edilməsi və Ukraynanın şərqindəki qiyamçılara verdiyi dəstək üzündən Aİ-nin Rusiyaya qarşı embarqolarının da danışıqlar zamanı müzakirə ediləcəyi gözlənilir.

    Rusiyanın Ukraynaya müdaxiləsi, Suriya müharibəsindəki rolu bə İngiltərədə keçmiş ikitərəfli casus Sergey Skripal ilə qızının İngiltərədə zəhərlənməsi səbəbindən Aİ-nin Rusiya ilə münasibətləri gərgindir. İngiltərə Rusiyanı sui-qəsddə ittiham edilr, Moskva isə bu iddianı rədd edir.

    Avstriayanın koalisiya hökuməti hadisədən sonra Rusiyadakı səfirliyini geri çağırmayan bir neçə Aİ ölkəsindən biridir.

    Koalisiyanın tərkibində olan Azadlıq partiyasının lideri Heynz Kristian Streyç Rusiyaya qarşı embarqonun ləğv edilməsi üçün çağırış eləmişdi.

    Hurriyyet.org