Putindən hədə: “Cəzasız qalmayacaqlar”

    18

    Rusiya prezidenti Suriyanı bombalayanları hədələyib.

    Modern.az xarici mediaya istinadən xəbər verir ki, Vladimir Putin Suriyanın Hələb şəhərinə kimyəvi silahdan istifadə edərək hücum edənlərin cəzasız qalmayacağını bildirib.

    Vladimir Putin kimyəvi hücumu açıq şəkildə atəşkəs rejiminin pozulması kimi dəyərləndirib.

    Qeyd edək ki, terrorçular xlor qazı ilə yüklənmiş xüsusi mərmilər vasitəsilə Suriyanın Hələb şəhərinə hücum edib. Nəticədə ən azı 12 mülki vətəndaş həlak olub.