Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqlədi – SİYAHI

    15

    Rusiya prezidenti Vladimir Putin hökumətinin yeni tərkibi təsdiqləyib.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, dövlər başçısı bu barədə qərarı baş nazir Dmitri Medvedevlə görüşdən sonra qəbul edib. Prezident hökümət üzvlərinin əksəriyyəyitini dəyişməyib.

    Belə ki, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinskiy, ədliyyə naziri Aleksandr Konovalov, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və Əhalinin Sosial müdafiəsi naziri Maksim Topilin və energetika naziri Aleksandr Novak yenidən hökümətin tərkibində yer alıblar.

    Rusiyanın kənd təsərrüfatı, təbii sərvətlər və tikinti nazirləri isə dəyişib. V. Putinin sərəncamı ilə Dmitri Patruşev kənd təsərrüfatı, Vladimir Yakuşev tikinti, Dmitri Kobılkin isə təbii sərvətlər nazir təyin olunublar.

    Beləliklə, yeni hökumətin tərkibində əvvəlki tərkibdə olan 13 nəfər, o cümlədən İqor Şuvalov, Dmitri Roqozin, Arkadi Dvorkoviç, Aleksandr Xloponin və Yuri Trutnev yer almayıb.