Putin Ərdoğanla görüşdə: “Heç kim orada türk hərbçisinin olduğunu bilmirdi”

    3

    “İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb”.

    Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

    “Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə baş sağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türk hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələr zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, – deyə Vladimir Putin bildirib.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk Təbii İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyət böyükdür. Bölgədə sıxıtntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəminin yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”./report/