Putin Qərbi HƏDƏLƏDİ: “”Qırmızı xətti” keçməyin!”

    6

    Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə “qırmızı xətti” keçməməyə çağırıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

    “Bəs deyildi ki, NATO sərhədlərimizə yaxınlaşıb? Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar… Bilirsinizmi, hər şeyin bir həddi var, “qırmızı xətti” keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın”, -deyə V.Putin qeyd edib.