Putin Çində özünə yemək bişirdi – RƏSMİ SƏFƏR ZAMANI

    3

    Rusiya Prezidenti Vladimir Putin Çinin Tyantszin liman şəhərinə səfər edib.

    Hurriyyet.org xəbər verir ki, səfər zamanı Putin həmkarı Si Szinpinlə Çin yeməyi hazırlayıb. Daha sonra hər iki lider hazırladıqları yeməkdən dadıblar. Liderlərin hazırladığı yeməyin Tyantszin delikatesi olduğu açıqlanıb.

    Qeyd edək ki, Putin bundan öncə Çinə səfər edib. O, səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib.

    G7 isə ötən gündən Kanadada toplaşıb. Trampın “Rusiya G8-ə qayıtmalıdır” təklifi ilə ciddi müzakirələr başlayıb. Almaniya kansleri Merkel və digər liderlər Ukraynaya qarşı aqressiyanın davam etdiyi bir vaxtda bunun mümkünsüzlüyünü dilə gətiriblər./axar.az/