Putin ilk dəfə Kerçdəki insidentdən danışdı – “Əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”

    9

    “Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı ilk açıqlmasında vurğulayıb.

    Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb: “Hətta Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”.

    Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.