Putin hökumətə tapşırıq verdi: “ORTA ÖMÜR HƏDDİ 80 YAŞA ÇATDIRILSIN”

    9

    Hurriyyet.org xəbər verir ki, dördüncü dəfə prezident seçilmiş, bazar ertəsi günündən bəri vəzifəsini yenidən icra eləməyə başlamış Vladimir Putin milli ideyaları reallaşdırmaq və ölkənin inkişafının strateji məsələləri çərçivəsində hökumətə Rusiya Federasiyasında orta ömür həddini 2024-cü ilə qədər 78, 2030-cu ilə qədər isə 80 yaşa kimi çatdırmağı tapşırıb.

    Məlumatı Kremlin mətbuat xidməti yayıb.

    Hurriyyet.org