PUTİN FƏRMAN VERDİ – Lari sürətlə ucuzlaşmağa başladı!

    15

    Hurriyyet.org xəbər verir ki, Gürcüstanın Milli Bankı Rusiyadan gələcək turist axınının məhdudlaşdırılmasından sonra milli iqtisadiyyata dəyə biləcək zərəri hesabayıb.

    Bəlli olduğu kimi, iyun ayının 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana səfərini qadağan edən fərman imzalayıb. Rusiyanın turist firmalarına isə Gürcüstana səfər biletlərini satmamaq tövsiyə edilib.

    Gürcüstanın Milli Bankının saytında yazılıb: “Bu mərhələdə dəqiq proqnozlar vermək çətindir, lakin, ilkin hesablamalara görə, ilin qalan hissəsində Rusiyadan turist axınının azalması ölkə iqtisadiyyatı üçün təqribən 200-300 milyon dollar azalma demək olacaqdır”.

    Rusiyanın turist embarqosunun fonunda Gürcüstanın milli valyutası dəyər itirməyə davam edir. Hazırda lari indiyə qədər olan ən aşağı kursa malikdir. 27 iyun tarixində larinin rəsmi məzənnəsi 1 dollar – 2,8470 lari məbləğundə qiymətləndirilib ki, bu da 26 iyun tarixindəki məzənnədən 0,5 faiz azdır. Milli Bank bildirib ki, Gürcüstanda valyuta üzən məzənnə ilə qiymətləndirilir: “Valyuta kursuna müxtəlif daxili və xarici amillər təsir edir. O cümlədən, gözləmə faktoru da buna daxildir. Rusiyadan turist axının azalmasının gözlənilməsi də valyuta bazarına təsir edir”.

    Milli valyutanın ucuzlaşması idxal və ixraca da təsirini göstərir. Milli Bank əməkdaşlarının fikrincə, “Belə hallarda xarici valyutanın milli bankda satışı yalnız müvəqəti olaraq köməklik edəcəkdir, son nəticədə dəyərsizləşmənin miqyası böyük olacaq”.

    Bəlli olduğu kimi iyunun 20-də Tbilisidə hökumətin və Rusiyanın əleyhinə etiraz aksiyaları başlamışdı. Nümayişçilər Provoslavların parlamentlərarası assambleyasının sessiyasında Rusiyadan gəlmiş deputatların iştirak eləməsinə etirazlarını bildirmişdilər. Radikallarla xüsusi təyinatlıların toqquşması nəticəsində 240 nəfər xəsarət almış, 300 nəfər həbs edilmişdi.

    Qarışıqlıq fonunda Gürcüstanın prezidenti Salome Zurabaşvili Rusiyanı düşmən adlandırmış və Moskvanın ölkənin parçalanmasında maraqlı olduğunu söyləmişdi.

    Rusiyanın baş naziri Dmitri Medvedev onun sözlərini qeyri-peşəkar adlandırmışdı.

    Gürcü həmkarının bu bəyanatından sonra Putin iyulun 8-dən etibarən Gürcüstanla sərnişin aviaxəbərləşməsinin dayandırılması barəsində qərar verdi.

    Statistik məlumatlara görə, ötən il Gürcüstandakı turistlərin beşdə bir hissəsini rusiyalılar təşkil edib.

    Hurriyyet.org