Putin ən çox nədən utanır? – ÖZÜ AÇIQLADI

    15

    Rusiya prezidenti Vladimir Putin canlı yayımda xalqın suallarını cavablandırıb.
    Hurriyyet.org ölkə.az-a istinadən xəbər verir ki, 2001-ci ildən ənənə halını alan bu canlı yayımda Putin maraqlı suallara cavab verib.
    Rusiya lideri "Nə vaxt utandınız" sualına belə cavab verib:
    "Birdən birə yaşlı bir qadın gəldi, dizləri üstə çökdü. Mənə bir kağız uzatdı. Mütləq baxacağımı dedim və kağızı köməkçilərimə verdim. Amma o kağızı itirdilər. Bunu unutmayacağam. Bu hadisə yadıma düşəndə hələ də utanıram".
    Bundan başqa, Putin ABŞ-Çin arasındakı ticarə müharibələri ilə bağlı suala "ABŞ-ın sanksiyaları Çinin inkişaf edən iqtisadiyyatını çökdürməyi nəzərdə tutub" cavabını verib.