PUTİN: “DOLLARIN AĞALIĞI DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN TƏHLÜKƏLİDİR”

    12

    Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dollar monopolizasiyasının dünyanın bir çox ölkələri üçün təhlükəli olduğunu bildirərək deyib: “Dollardan asılılığı azaltmaqla, Rusiya iqtisadiyyatının müstəqilliyini qorumaq lazımdır”.

    Putin Dumada verdiyi açıqlamada Rusiyanın dünya bazarında mövqeyini gücləndirmək üçün “savaşmaq” məcburiyyətində olduğunu söyləyib.

    Rusiyaya qarşı sanksiyaların Rusiyanın iqtisadi cəhətdən daha da müstəqil olmasına fürsət yaratdığı bildirən Putin deyib: “Dollar monopoliyası dünyanın bir çox ölkəsi üçün qeyri-sabit və təhlükəli vəziyyət yaradır. Dollardan asılılığı azaldaraq, Rusiya iqtisdiyyatının azadlığını qorumalıyıq”.

    “Bu yükdən xilas olmalıyıq”

    Neft ticarətinin də dollarla aparıldığını xatırladan Putin deyib: “Bu yükdən xilas olmalıyıq”.

    Ümumdünya Ticarət Təşkilatının qaydalarının tez-tez pozulduğunu bildirən Putin deyib: “Sanksiya adı altında verilən siyasi qərarla özlərinə üstünlük yaratmağa çalışırlar. Alüminium və ümumiyyətlə metal sahəsinə aid veridən qərarları başqa necə izah edə bilərik?”.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 9-da idxal edilən polad və alüminiuma müvafiq şəkildə 25 və 10 faiz gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. ABŞ Maliyyə Nazirliyi həmçinin, dünyanın ən böyük alüminium istehsalçılarından olan Rusiyaya qarşı sanksiya qərarı vermişdi.

    Hurriyyet.org