Putin bütün dünyaya ELAN ETDİ: Rusiya analoqu olmayan “yenilməz” silahlarını istifadəyə hazırlaşır – FOTOLAR

    9

    “Kinjal” səsdən sürətli raket sistemi, “Peresvet” lazer sistemi, “Sarmat” qitələrarası ballistik raket, “Poseydon” pilotsuz sualtı aparatı, “Burevestnik” nüvə enerjisi ilə işləyən sərhədsiz mənzilli kəşfiyyat raketi və digər müasir texnologiyalar yaxın gələcəkdə ordunun istifadəsinə veriləcək”.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

    Kremldə təşkil olunan hərbi məktəblərin məzun günündə çıxış edən prezident bu silahları Rusiyanın “yenilməz” gücü adlandırıb. Rusiyanın müdafiə potensialı və silahlı qüvvələrinin gücləndirilməsi üzrə işlərin əhəmiyyətindən danışan Putin bildirib ki, ordunun və donanmanın yenidən təchiz edilməsi üçün müasir silahlara ehtiyac var.

    “Kinjal” səsdən sürətli raket sistemi

    “Peresvet” lazer sistemi

    “Sarmat” qitələrarası ballistik raket

    “Poseydon” pilotsuz sualtı aparatı

    “Burevestnik” nüvə enerjisi ilə işləyən sərhədsiz mənzilli kəşfiyyat raketi