Putin baş nazir vəzifəsinə Medvedevin namizədliyini irəli sürdü

    6

    Rusiya prezidenti Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb.

    Hurriyyet.org xəbər verir ki, Medvedevin namizədliyini Dövlət Duması təsdiqləməlidir.

    “Rusiya Konstitusiyasının 83 və 111-ci maddələrinə müvafiq olaraq prezident Rusiya Federasiyasının hökumət sədri vəzifəsinə təyin olunması üçün Dmitri Medvedevin namizədliyini Dövlət Dumasına təqdim edib”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub./apa/