Putin xaricilərə mitinqləri maliyyələşdirməyi qadağan edib

486

Hurriyyet.org xəbər verir ki, bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün kütləvi tədbirlərin xaricdən maliyyələşdirilməsini qadağan edən qanunu imzalayıb.

Bundan sonra Rusiya Federasiyasının ərazisində xarici dövlətlərin, təşkilatların, vətəndaşların, şəxslərin, xarici agent statusu almış qeyri-kommersiya təşkilatlarının vəsaitləri hesabına kütləvi tədbirlər keçirmək qadağan edilir.

Həmçinin yaşı 16-dan kiçik olan rusiyalılar, anonim xeyriyyəçilər və vəsaitin köçürüldüyü gündə qeydiyyatdan keçməsinin bir ili tamam olmamış hüquqi şəxslər kütləvi aksiyaları maliyyələşdirə bilməzlər.