Putin üç naziri işdən çıxardı

75

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Vladimir Yakuşevi Tikinti naziri vəzifəsindən azad edib və onu Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümyəndəsi təyin edib. Nikolay Tsukanov isə həmin vəzifədən azad edilib.

Bundan başqa, V.Putin Yevgeni Ditrixi Nəqliyyat naziri, Dmitri Kobılkini isə Təbii Sərvətlər və Ekologiya naziri vəzifəsindən çıxarıb.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti verib.