“Putin Türkiyənin iştirakından məmnun olmasa da, barışıb…”

402

ReAl Partiyanın funksioneri Natiq Cəfərli Rusiyanın prezidenti Vladimir Putinin bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

N.Cəfərli bildirib ki, Putin Ermənistanın Qarabağı tanımadığına görə, sanki, təssüf edir, məhz onlar tanımadığa görə Dağlıq Qarabağ Azərbaycan ərazisi sayılır.

“Türkiyənin iştirakından məmnun olmasa da, barışıb. Rus əsgərinin uzun müddət orada qalmasını istəyir. İmzalanmış sənədi təhrif, ya da öz bildiyi kimi şərh edir və deyir ki, erməni silahlı gücləri 10 noyabr tarixində olduğu yerdə qala bilər. Yenə status məsələsini qaldırdı və belə məlum olur ki, Kreml status məsələsini daim gündəlikdə saxlayaraq torpaqlarımızdakı mövcudiyyəti bacaqdıqca uzatmaq istəyəcək. Amma status məsələsini tez həll etməyə də çalışmayacaq, yəni məsələ nə qədər uzansa, bir o qədər Rusiyaya sərf edir. Müharibəni Azərbaycan uddu, Ermənistan acınacaqlı məğlub oldu, amma bölgəmizdə qələbəni son 200 ildə olduğu kimi, yenə Rusiya qazandı, müvəqqəti, amma qazandı…” – N.Cəfərli qeyd edib. \\Pravda.az