Putin təklif elədi, Ərdoğan göstəriş verdi – birgə peyvənd istehsalı planlaşdırılır

429

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə birlikdə keçirdiyi mətbuat konfransında Rusiya istehsalı olan koronavirus peyvəndindən danışıb. Çavuşoğlu deyib: “Cənab Putin Prezidentimizə “Sputnik V” peyvəndi ilə bağlı təklif edən kimi dövlət başçımız dərhal lazımi göstərişləri verdi. Rusiyadan məlumatlar istənildi. Səhiyyə Nazirliyimiz məlumatların gəlməyə başladığını bildirib. Rusiya ilə birgə peyvənd istehsalı hədəfinə doğru irəliləyirik”.