Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı…

63

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclası keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Prezident Vladimi Putinin rəhbərliyi ilə keçirilən iclasda ölkədaxili gündəmdə duran məsələlərlə yanaşı, Rusiya-Belarus əməkdaşlığının inkişafı məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

“Biz bu gün sizinlə bir sıra qonşularımızla, coğrafi yaxın olan dövlətlərlə münasibətlərimizin inkişafını müzakirə edəcəyik. Münasibətlər inkişaf edir, bir sıra vacib məsələlərlə bağlı mövqelərimizi razılaşdırmaq və tərəfdaşlarımızla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yanaşmaları işləyib hazırlamaq lazımdır”, – deyə Rusiya Prezidenti çıxışında bildirib.