Putin Təhlükəsizlik Şurası ilə birlikdə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirib

54

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birlikdə yeni tipli koronavirus epidemiyasına və Dağlıq Qarabağ məsələsinə həsr edilmiş iclas keçirib. İclas vedeokörpü formatında baş tutub. Bu barədə açıqlama Kremlin saytında dərc edilib. Açıqlamada deyilir: “Dağlıq Qarabağdakı vəziyyət, həmçinin münaqişənin nizamlanması səyləri ilə bağlı fikir mübadiləsi aparılıb”.

Bundan başqa ölkədə Kovid-19 epidemiyası ilə bağlı yaranan vəziyyət, Rusiyanın sosial-iqtisadi məsələləri ilə bağlı məsələlər müzakirə edilib.