Putin qısa müddətdə PUA istehsalına başlamaq göstərişi verdi

1035

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə göstəriş verərək “Ovçu” adı verdiyi hücum dronlarının ən qısa zamanda hazırlanmasını tapşırıb.

Bəlli olduğu kimi, Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə çaldığı vətən müharibəsində Ermənistanın məğlubiyyəti Rusiyanın müdafiə sistemlərindəki çatışmazlıqları üzə çıxarıb. Rusiyanın müdafiə sistemlərinin Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş apartlarının qarşısındakı müdafiəsizliyi dünya mətbuatının mövzusuna çevrilmişdi.

Dünya mətbuatının yazdığına görə, Putin “Oxotnik”-“Ovçu” dronlarının tez bir zamanda hazır olması barəsində göstəriş verərək: “Çox uzandı, dərhal başa çatdırın”, – deyib. Qeyd edək ki, plana görə, “Oxotnik” dronlarının Rusiya ordusuna 2024-cü ildən təslim edilməsi nəzərdə tutulurdu.