Putin qərar verdi – əhali kütləvi şəkildə peyvənd olunacaq

243

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın bütün vətəndaşlarının yeni tipli koronavirusa qarşı kütləvi şəkildə peyvənd edilməsi və müvafiq infrastrukturun hazırlanması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Rusiya Federasiyası ərazisində vətəndaşların peyvənd edilməsi işi artıq ötən ilin dekabr ayından başlanıb. İlk növbədə xüsusi risk qrupuna daxil olan vətəndaşların peyvənd edilməsi nəzərdə tutulur.

Pyvəndin əks-göstəriş olduğu müəyyən xroniki xəstələr istisna olmaqla bütün hədd-buluğa çatmış vətəndaşlar peyvənd oluna bilərlər. Həmçinin, son 30 il ərzində kəskin respirator virus infeksiyası keçirmiş şəxslər, hamilələr və uşaqlarına ana südü verən qadınlar üçün peyvənd əks-göstəriş hesab olunur.