
Qərbin nüfuzlu mətbuat orqanları daim Rusiya Prezidenti Vladimir Putinin ciddi xəstə ola biləcəyi ilə bağlı şayiələri tirajladı. Rusiya lideri tezliklə istefaya gedə bilər. Putinin ehtimal olunan ciddi xəstəliyi barədə şayiələr yalnız Rusiyada deyil, xaricdə dolaşır. Almaniyanın nüfuzlu “Frankfurter Rundschau” qəzeti də bunlardan yazdı.
“Prezident demək olar ki, Kremldə görünmür. Keçən şənbə, 22 noyabr, Moskva yaxınlığında Putin üçün əhəmiyyətli hadisə – Gecə Xokkey Liqasının açılışı baş verdi. Kremlin yaxınlığında tanınmış xokkeyçilər və VIP-lər var idi, ancaq prezidentin özü yox idi. Qeyd etmək vacibdir ki, “Gecə Xokkey Liqası” Putinin ən sevdiyi əyləncədir. 2011-ci ildən bəri Putin özü bu əyləncədə xokkey şaybası oynadır. Ancaq bu il belə olmadı. Bu vəziyyət 68 yaşlı Putinin xəstəliyi barədə şayiələri daha da gücləndirdi. İddiaya görə onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi barədə məlumatlar var və 2021-ci ilin əvvəlində istefaya getməyi düşünür. Kreml şayiələri inkar edir, amma rus mətbuatı son illərdə zahirən “çökən” prezidenti nümayiş etdirir. Son videokonfransların birində Putin öskürək tutması keçirdi. Putinin mümkün xəstəliyi ilə bağlı şayiələrin əsas mənbəyi rus politoloqu Valeri Soloveydir. O, məlumatı Kremldəki etibarlı mənbələrdən aldığına inandırır.Politoloqun dediyinə görə, Putin simptomları aradan qaldırmaq üçün çox ciddi dərmanlar qəbul edir, ancaq 2021-ci ilin mayında istefasını elan edəcək. Putinin son bir ildə ortalıqda görünməməsini koronavirus pandemiyası ilə əlaqələndirilə bilər. Çünki o yaşına görə risk altındadır və bəlkə də bu səbəbdən ünsiyyət dairəsini məhdudlaşdırdı. Ötən çərşənbə axşamı, Putin Rusiya mediası tərəfindən bir daha nümayiş etdirildi – o, Dağlıq Qarabağla bağlı uzun reportaj verdi və reportaj prezidentin çoxdan görünmədiyi Kremldə deyil, Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında çəkilib. Putin ciddi xəstə görünmürdü. Amma görünən odur ki, Putin Novo-Ogaryovoda və Soçidəki yaz iqamətgahında getdikcə daha çox vaxt keçirir. Kremldə nadir hallarda görünür və idmana olan marağını itirməyə başladı. Bunlar çox həyəcan verici siqnallardır, amma hələ də söz-söhbətlərin 100% sübutu yoxdur.
Tərcümə etdi: Ülviyyə Şükürova