Putin Koçaryanı təbrik elədi

363

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Yeni il və Milad bayramları münasibəti ilə Ermənistanın eks-prezidenti Robert Koçaryana (1998-2008) təbrik teleqramı göndərib.

Putin Ermənistanın ikinci prezidenti olmuş Koçaryana və ailəsinə can sağlığı və sülh arzulayıb.

Bildirilir ki, hətta Koçaryan həbsdə olarkən belə, Putin onu ad günü və başqa bayramlar münasibəti ilə təbrik edirmiş.