Putin Kim Çeni medalla mükafatlandırdı

21

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya dövlətinin başçısı Kim Çen Inı “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə mükafatlandırıb.

Bu barədə açıqlamanı Şimali Koreyadakı Rusiya səfirliyi öz “Feysbuk” səhifəsində verib. Məlumatda qeyd edilir ki, Kim Çen Şimali Koreya respublikasının ərazisində həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsini əbədiləşdirmək işinə böyük töfhəsi, həmçinin, məzarların və xatirə abidələrinin qorunmasına göstərdiyi qayğı üçün bu mükafata layiq görülüb.

Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı səfiri Aleksandr Matseqora medalı 5 may tarixində, Mansude Qurultaylar Sarayında Şimali Koreyanın xarici işlər naziri Li Son Qvona təqdim edib.

Hurriyyet.org