Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin müxalifətçi Aleksey Navalnının zəhərlənməsində əli olması barədə iddialarla bağlı sualın cavabında jurnalistlərə bildirib: “Onun ölməyini istəsəydim, indiyə qədər ölmüşdü”.
Putin ABŞ-ın kəşfiyyat təşkilatlarını əsassız iddialar qaldırmaqla ittiham edib.
Putin Almaniyada müalicə olunan Aleksey Navalnıdan danışarkən deyib: “Berlindəki xəstəxanada müalicə alan xəstə ABŞ kəşfiyyat təşkilatlarının dəstəyinə malikdir. Əgər elədirsə, bu maraqlı bir faktdır və kəşfiyyat təşkilatları ona göz-qulaq olmalıdır. Lakin bu, onu zəhərləmək üçün səbəb deyil. Onun zəhərlənməsi kimə lazımdır ki?”