Putin dövlət çevrilişinin qarşısını necə aldı…

273

Mixail Xazin ehtimal edir ki, bu ilin yazında Vladimir Putinin Rusiyada çevriliş cəhdinin qarşısını alıb. Müdafiə naziri Sergey Şoyqu bunda ona kömək etdi.

Qarşıdan gələn istefalarla bağlı həyəcanverici xəbərlər, habelə İngilis və Amerika nəşrlərində  prezident Putinin xəstələnməsi ilə bağlı bəyanatları, iqtisadçı Mixail Xazinin “Tsarqrad” efirində  böyük siyasi oyun adlandırdı. İqtisadçı hesab edir ki, Putinin özü bu oyunu oynayır. Məqsəd ətrafındakı xainləri müəyyənləşdirməkdir. Üstəlik, Yuri Pronko ilə “Pervom russkom” kanalında  söhbətdə Mixail Xazin, Putinin Şoyqu ilə birlikdə dövlət çevrilişi cəhdinin qarşısını aldığına inandığını bildirdi.

“Hesab edirəm ki, dövlət çevrilişinə cəhd aprel-may ayında edildi. Putinə qarşı çevrilişdə iştirak edənlərin adını çəkməyəcəm, amma qeyd edim ki, cəhdin qarşısını aldığına görə Sergey Şoyqu mükafat aldı və bu nazirin doğum günü ilə əlaqələndirildi” Xazin dedi. Mükafat, çevrilişi planlaşdıranların dağıdılmasına kömək etdiyinə görə minnətdarlığın ictimai ifadəsi oldu.

Mixail Xazin hesab edir ki, Putin qondarma “liberal iqtisadi blokd”an qurtulmağa çalışır. Məlum olduğu kimi, bu bloka Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və Rusiyanın maliyyə naziri Anton Siluanov da daxildir.

Bundan əlavə, Xazin, liberal iqtisadi bloka “Sberbank”ın rəhbəri German Gref və “Rosnano” rəhbəri Anatoly Chubaysı da aid edir. Mixail Xazinin fikrincə, Putinin böyük siyasi oyunu blokun nüvəsinin ləğvi və ya “elitanın təmizlənməsi” ilə başa çatacaq. Bu vəziyyətdə liberal iqtisadi blok gücünü itirəcək. Xazin bunun yaxın iki ildə baş verəcəyinə inanır.

Yeri gəlmişkən, erməni lobbisi də liberal “beşinci kolon” un vacib hissəsidir.

 

Tərcümə etdi: Ülviyyə Şükürova