Putin çaşdı və özünü ifşa etdi: “Rusiya üçün bu tip münaqişələrin  xüsusi dəyəri var”

576
Russian President Vladimir Putin speaks as he chairs a meeting on drafting constitutional changes at the Novo-Ogaryovo residence outside Moscow, Russia, Thursday, Jan. 16, 2020. Putin proposed a set of constitutional amendments that could keep him in power well past the end of his term in 2024.(Mikhail Klimentyev, Sputnik, Kremlin Pool Photo via AP)

Rusiya Prezidenti Vladimir Putinin onlayn görüşlərdən birində səsləndirdiyi cümlə sadəcə təsadüfi deyilmiş söz deyil. “Dialogue.UA” xəbər verir ki, Putin, bəlkə də özü belə gözlənilmədən, özünü əsl işğalçı kimi ifşa etdi.

Onlayn iclasın iştirakçılarına müraciət edən Putin belə dedi: “Bu gün sizi bir daha Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün topladım. Bizim üçün, Rusiya üçün bu tip münaqişələrin xüsusi dəyəri və xüsusi əhəmiyyəti var”.

Özünü ifşa etdiyini anlayan Putin, ardınca Dağlıq Qarabağdakı münaqişənin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı. Ancaq çaşıb ağzından qaçırdığı əsas şey artıq söylənmişdi və video İnternetdə idi.

Həqiqətən də, postsovet məkanında baş verən münaqişələr Rusiya üçün çox böyük əhəmiyyətə malikdir, çünki Rusiya yanğın ocağı yaratmaq üçün istənilən münaqişədən istifadə etməyə hazırdır. Rusiya hətta bəzi münaqişələri süni şəkildə alovlandırır.

Abxaziya və Cənubi Osetiyanın rus işğalında olması ilə Gürcüstanla münaqişə, Krımın işğalı və qondarma “DPR” və “LPR” nin yaradılması ilə nəticələnən Ukrayna-Rusiya münaqişəsi.

Rusiya Federasiyasının bu yaxınlarda “sülhməramlıları” yeritdiyi Dağlıq Qarabağdakı münaqişə Rusiya üçün Qafqazda təsir nöqtəsi qazanma fürsəti olaraq dəyərlidir, çünki Putin çaşıb həqiqəti – işğalçının həqiqətini söylədi.

Xatırladaq ki, Putini Qafqazda Türkiyəyə böyük bir güzəştdə günahlandırdılar. Rus ekspertlər Dağlıq Qarabağla bağlı imzalanan sülh bəyannaməsinin Rusiya üçün sərfəli olmadığını, bunun Kreml üçün əsl məğlubiyyət olduğunu söylədilər.

 

Tərcümə etdi: Ülviyyə Şükürova